14:41
588
Bu il dekabrın 24-nə qədər Azərbaycanda 921,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Səpin aparılmış sahənin 98,9%-ni və yaxud 911,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 444,7 min hektarı buğda, 466,4 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (54,0 min ha), Füzuli (23,2 min ha), Ağcabədi (18,8 min ha), İsmayıllı və Şəki (hər biri 18,7 min ha), Hacıqabul (15,4 min ha), Qobustan (13,1 min ha) və Şamaxı (13,0 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (41,2 min ha), Kürdəmir (31,7 min ha), Neftçala (28,8 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (18,9 min ha), Qobustan (17,5 min ha) və Füzuli (17,0 min ha) rayonlarında səpilib.
Qeyd edək ki, ölkədə 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir.
16:22
63
16:20
140
15:17
553