AMB Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb İqtisadiyyat

AMB Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb

Azərbaycan Mərkəzi Bankı (AMB) Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb.

AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, 01 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan Respublikasının avro zonasına üzv olması ilə əlaqədar olaraq ölkənin rəsmi pul vahidi kimi avronun tətbiqinə başlanılıb.

Qeyd edilib ki, bununla əlaqədar olaraq, 05 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan levi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi məzənnələr siyahısından çıxarılıb.