Şahin Mustafayev: Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb İqtisadiyyat

Şahin Mustafayev: Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb

"Ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanmışdır. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılmışdır".

Bunu Baş nazirin müavini Şahin Mustafayev Bakı və Abşeron yarımadasında su təchizatına dair müşavirədə deyib.

"Tapşırığınıza uyğun olaraq, məsləhətçi şirkət cəlb edilməklə ölkə əhəmiyyətli “Şəmkir”, “Yenikənd”, “Mingəçevir” və “Varvara” kaskad su anbarları üzrə texniki təhlükəsizliyin qiymətləndirilməsi tamamlanmış və komissiya tərəfindən təsdiq olunmuş müvafiq tədbirlər planının icrasına başlanmışdır. Nazirlər Kabinetinin 2025-ci il 1 may tarixli Sərəncamına əsasən həmin su anbarları da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansına verilmişdir", - Şahin Mustafayev qeyd edib.