15:44
679
“Müvafiq sərəncamlarınıza uyğun olaraq Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur”.
Bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
Şahin Mustafayev bildirib ki, “Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcək:
“Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcəkdir. “Şirvan” kanalının yenidən qurulması işləri müvafiq Sərəncamınıza uyğun olaraq davam etdirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. Yenidənqurmadan sonra 10 rayon üzrə 228 min hektar əkin sahəsini suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edəcəkdir. Eyni zamanda, 9 rayonun 115 min hektaradək əkin sahəsinin suvarma suyu və yaşayış məntəqələrini məişət suyu ilə təmin edən “Qarabağ” kanalının yenidən qurulması üzrə layihə-smeta sənədləri hazırlanır”.
17:48
469
17:43
455
16:57
532