Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb
Aİ: Müəyyən bir məqamda Putinlə danışıqlar aparmağa məcbur qalacağıq
Rutte: Britaniya və digər bir sıra Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluğunu artırmaq istəyir
Rusiya MN "Oreşnik"lə Ukraynada hansı obyektləri vurduğunu açıqlayıb
15:48
679
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su anbarlarının su və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.
Şahin Mustafayev bildirib ki, “Qız Qalası” su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin beynəlxalq maliyyə qurumu ilə birgə maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanmış və layihənin icrası istiqamətində işlərə başlanılmışdır.
“Bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinə suyun verilməsinə xidmət edəcəkdir”, - o deyib.
17:48
560
17:43
623
16:57
609