Kriptobirjada son durum: Bitcoin ucuzlaşmaqda davam edib İqtisadiyyat

Kriptobirjada son durum: Bitcoin ucuzlaşmaqda davam edib

Kriptovalyuta bazarında əsas aktivlər üzrə son 24 saatda mənfi dinamika müşahidə olunub.

“APA-Economics” “CoinMarketCap” platformasına istinadən xəbər verir ki, bazarın lideri “Bitcoin”in qiyməti son sutkada 0,70% azalaraq 91 395 ABŞ dolları səviyyəsində ticarət olunub.
Ethereumun qiyməti son 24 saatda 1,17% azalaraq 3 118 dollar olub. BNB üzrə gündəlik azalma 0,07%, XRP üzrə isə 1,72% təşkil edib.
Digər əsas kriptovalyutalardan Solana son sutkada 2,88%, Dogecoin 2,20%, Cardano isə 3,08% ucuzlaşıb.

Analitiklər cari korreksiyanı ABŞ faiz dərəcələri ilə bağlı gözləntilər, Bitcoin ETF-lərinə daxilolmaların zəifləməsi və qısa müddətdə sürətli bahalaşmadan sonra mənfəət realizasiyası ilə izah edirlər.