FSB Britaniyanın Moskvadakı səfirliyində casus aşkarladığını açıqlayıb
Aİ Azərbaycanın Vaqif Xaçatryan və digər üç ermənini təhvil verməsini alqışlayıb
ABŞ İranla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini təklif edib
Orban: Macarıstan Ukrayna ilə bağlı Aİ planlarına qarşı çıxacaq
10:25
602
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) növbəti onlayn iclası keçirilib.
Bu barədə "APA-Economics"ə AZSTAND-dan bildirilib.
İclas zamanı Texniki Komitənin 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq işlənib hazırlanmış AZS ECE 21 “Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 16 “Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaq avtonəqliyyat vasitələrinin sərnişinləri üçün nəzərdə tutulmuş sistemləri və ISOFIX uşaq təhlükəsizlik sistemləri”, AZS ECE 51 “Ən azı dörd təkərli avtonəqliyyat vasitələrinin buraxdığı səs-küyə görə rəsmi təsdiqin verilməsinə dair vahid təlimatlar”, AZS ECE 85 “M və N kateqoriyalı motorlu nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün nəzərdə tutulmuş daxili yanma mühərriklərinin və ya elektrik mühərriklərinin təsdiqi ilə bağlı və elektrik mühərriklərinin faydalı gücünün və maksimum 30 dəqiqəlik gücünün ölçülməsi ilə bağlı vahid müddəalar” standartlar layihələri müzakirə edilib. Sözügedən standartların qəbulu məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul olunub.
İclasın sonunda AZSTAND/TK 19 tərəfindən AZS 122 “Yerüstü Nəqliyyat Vasitələri üçün Təhlükəsizlik Şüşəsi. Ümumi Texniki Şərtlər” dövlət standartının dövri yoxlaması keçirilib.