10:59
616
2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,6 faiz artıb.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.
2025-ci ildə 14.051 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,7 faizi ( 12 463) yerli investisiyalı, 11,3 faizi ( 1588) xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.