Azərbaycanda ötən il sənaye istehsalı 61 mlrd. manatı ötüb İqtisadiyyat

Azərbaycanda ötən il sənaye istehsalı 61 mlrd. manatı ötüb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ildə 63,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb.

Məlumata görə, sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

"Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz aazalıb, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artıb", - məlumatda qeyd olunur.