14:45
574
Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37 618,4 milyard manat olmaqla, əvvəlki ilin göstəricisinə nisbətən 2,5% azalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 34 003 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 2,6% azalma deməkdir.
Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:
|
Fəaliyyət növlərinin adı |
2025-ci ildə istehsal edilmişdir, milyon manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə |
|
Mədənçıxarma sənayesi |
37 618,4 |
97,5 |
|
Xam neft və təbii qaz hasilatı |
34 003 |
97,4 |
|
Metal filizlərinin hasilatı |
744,0 |
147,3 |
|
Mədənçıxarma sənayesinin digər sahələri |
238,8 |
101,2 |
|
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi |
2 632,6 |
94,8 |
Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 27 616,1 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 881,7 mln. kub metr təşkil edib.
Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin göstəricisi ilə müqayisədə 4,8% azalıb, əmtəəlik qaz hasilatı isə 0,7% artıb.
Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:
|
Məhsul növləri |
2025-ci ildə istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.01.2026-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Xam neft və təbii qaz hasilatı |
|||
|
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton |
27 679,6 |
95,3 |
226 |
|
ondan əmtəəlik |
27 616,1 |
95,2 |
226 |
|
Təbii qaz, milyon kub metr |
50 915,8 |
101 |
- |
|
ondan əmtəəlik |
38 881,7 |
100,7 |
- |