Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə investisiya perspektivlərini müzakirə edib
Antonio Koşta: Azərbaycan Respublikası Avropa İttifaqı üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Prezidenti: Biz artıq Ermənistanla ticarətə başlamışıq, əminəm ki, sülh davam edəcək
Prezident: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
21 Yanvar 17:43
2 128
Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov İsrailin İqtisadiyyat və Sənaye naziri Nir Barkatla iqtisadi tərəfdaşlığın perspektivlərini müzakirə edib.
Bu barədə nazir M.Cabbarov rəsmi "X" səhifəsində yazıb.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Davos İqtisadi Forumunda iştirak çərçivəsində İsrail Dövlətinin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəmində olan aktual məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, enerji və biznes tərəfdaşlığı istiqamətində qarşılıqlı fəaliyyətin perspektivlərini vurğuladıq", - məlumatda qeyd olunur.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan ilə İsrail arasında ticarət əməliyyatlarının həcmi 78,04 milyon ABŞ dolları təşkil edib.