AKP sözçüsü: Türkiyə İrana xarici müdaxilənin qəti əleyhinədir
"Tiktok"da canlı yayımda qeyri-etik ifadələr işlədən şəxs həbs edilib
Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək
Ötən il Azərbaycan meyvə-tərəvəz ixracından 900 mln. dollardan çox gəlir əldə edib
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
17:28
707
Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının və sənaye məhəllələrinin rezidentləri, habelə investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına dair ƏDV və gömrük rüsumlarından azadolmalar qüvvəyə minib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin kollegiyasının 12 yanvar 2026-cı il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların, sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların, investisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalına dair təsdiqedici sənədin verilməsi qaydası təsdiq edilib.
Bu təsdiqedici sənəd əsasında sahibkarlar idxal olunan xammal və materiallar, texnika, texnoloji avadanlıqlar və qurğular üzrə vergi və gömrük güzəştlərindən yararlana biləcəklər.
17:45
700
17:05
637
16:34
798