11:03
630
2026-cı ilin yanvar ayının 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 73 milyard 539.7 milyon ABŞ dolları təşkil edib.
“APA-Economics” xəbər verir ki, ümumi investisiya portfelinin 38.2%-ni qızıl, 29.8%-ni istiqraz və pul bazarı alətləri, 25.6%-ni səhmlər, 6.4%-ni daşınmaz əmlak təşkil edir.
Qeyd edək ki, cari ilin yanvar ayının 1-nə investisiya portfelinin 25.9%-i Avropa, 23.9%-i Şimali Amerika, 8%-i Asiya, 1.4%-i Yaxın Şərq, 0.9%-i Avtraliya, 0.1%-i isə Cənubi Amerika regionunda cəmləşib.
Xatırladaq ki, ARDNF cəmi investisiya portfeli ötən ilin əvvəli ilə müqayisədə 22.5% və ya 13 milyard 510.2 milyon ABŞ dolları artıb.