Bakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılır İqtisadiyyat

Bakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsinin müvafiq struktur və bölmələri tərəfindən icra olunan işlər çərçivəsində istismar müddətini bitirmiş magistral və şəbəkə xətləri yeniləri ilə əvəzlənir.

Bu barədə ADSEA-dan bildirilib.

Məlumata görə, görülən işlər çərçivəsində Hövsan, Hərbi Dənizçilik və Kənd Əhmədli ərazilərini içməli su ilə təmin edən istismar müddəti bitmiş xətlər dəyişdirilib.

Hazırda isə mərkəzi su anbarından çıxan diametri 500, 300, 150 millimetrlik polad materiallı yeni inşa olunmuş magistral xətlərin mövcud su təchizatı şəbəkəsinə qoşulması istiqamətində işlər görülür.

İşlər tam yekunlaşdıqdan sonra Məhəmməd Hadi küçəsi, Gəncə prospekti, Zığ şosesi, Ukrayna dairəsi ətrafında yaşayan 7600 ailə dayanıqlı, fasiləsiz, keyfiyyətli su ilə təmin ediləcək.

Bakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılırBakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılırBakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılırBakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılırBakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılırBakıda 7600 ailənin içməli su təchizatı yaxşılaşdırılır