09:29
651
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlər üzrə azalma trendi davam edir.
“APA-Economics” CoinMarketCap platformasına istinadən xəbər verir ki, "Bitcoin"in (BTC) qiyməti son 24 saatda 2,82% azalaraq 67 701 dollar səviyyəsinə enib.
Bazarda ikinci ən böyük aktiv olan Ethereum (ETH) isə 4,37% azalaraq 1 976 dollar təşkil edib.
Digər əsas kriptovalyutalar üzrə də mənfi dinamika müşahidə olunur. Belə ki, XRP 24 saat ərzində 3,89% ucuzlaşaraq 1,38 dollar, BNB isə 4,01% ucuzlaşaraq 611 dollar səviyyəsinə düşüb.
Eyni zamanda, Solana (SOL) 4,79% ucuzlaşaraq 82,23 dollar, Dogecoin (DOGE) isə 3,40% enişlə 0,092 dollar olub.
Stabilkoinlərdən Tether (USDT) və USDC isə demək olar ki, dəyişməyərək 1 dollar səviyyəsində qalıb.
Analitiklər kriptovalyuta bazarında müşahidə olunan enişi qlobal maliyyə bazarlarında risk iştahasının zəifləməsi, investorların mənfəət götürməsi və ABŞ-da pul siyasəti ilə bağlı gözləntilərin yenidən sərtləşməsi ilə izah edirlər.
10:51
280
10:49
294
10:48
301