"Bitcoin" 67 min dollara kimi ucuzlaşıb İqtisadiyyat

"Bitcoin" 67 min dollara kimi ucuzlaşıb

Kriptovalyuta bazarında əsas rəqəmsal aktivlər üzrə eniş davam edib.

“APA-Economics” xəbər verir ki, bazarın lideri olan Bitcoin sutka ərzində 1,01% ucuzlaşaraq 67 006 dollar səviyyəsinə düşüb.

Ethereum da 0,55% geriləyərək 1 965 dollara enib. XRP-nin qiyməti 1,37 dollar səviyyəsində qərarlaşıb və sutkalıq göstəricidə 0,74% azalıb. Solana son sutkada 2,37% ucuzlaşaraq 80 dollar səviyyəsinə düşüb. Dogecoin isə 0,23% azalma ilə 0,091 dollar səviyyəsində ticarət olunub. BNB digər iri aktivlərdən fərqli olaraq sutkalıq dinamika üzrə 0,39% artım nümayiş etdirib və qiyməti 613 dollar olub.

Stabilkoinlər olan Tether (USDT) və USDC isə 1 dollar ətrafında sabit qalaraq bazarda ciddi dəyişiklik göstərməyib.

Analitiklər kriptovalyuta bazarındakı ümumi enişi qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması, riskli aktivlərə marağın zəifləməsi və investorların daha ehtiyatlı mövqeyə keçməsi ilə izah edirlər.