“NATO-nun strateji əhəmiyyəti dəyişmir”
13 Mart 21:31
13 Mart 21:31
13 Mart 21:24
13 Fevral 11:58
1 673
Naxçıvan ölkəmizdə bir kvadrat metr əraziyə düşən günəş işığının miqdarına görə birinci yerdədir. Yaşıl enerjinin həm qoyuluş gücündə, həm də istehsalında da Naxçıvan birinci yerdədir.
"APA-Economics" xəbər verir ki, bunu "Merlər Razılaşması-Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə yanaşı Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonası elan edilib.
"Enerji səmərəliliyi də yaşıl enerjinin bir növüdür. Hətta ən yaşıl enerji qənaət edilən enerjidir. Enerji səmərəliliyi iqtisadi faydalar, ətraf mühitin qorunması və gələcək nəsillərə daha sağlam mühitin ötürülməsi deməkdir", - Cahid Mikayılov qeyd edib.
13 Mart 18:53
1 127
13 Mart 16:19
1 260
13 Mart 13:40
1 288