“Bu, ölkənin siyasi tarixində ciddi dönüş nöqtəsi ola bilər”
KİV: Avropa ölkələri ABŞ-dan asılı olmayan öz nüvə çəkindiriciliyini qurma imkanlarını müzakirə edir
Tarımdan olan Azərbaycanlı Behbud Tahirinin həbsindən bir aydan çox vaxt keçib
Almaniya kansleri: Hazırda Rusiya ilə danışıqlara başlamağın mənası yoxdur
18:05
637
Bakıda H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, dəyişikliyə səbəb 14 fevral saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace” yaxınlığındakı yolötürücüyə qədər, 15 fevral tarixində isə əks istiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən Aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir
14 fevral tarixində (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (Yolötürücü, “Buta Palace”) istiqamətində hərəkət edəcək. 15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, “Buta Palace”) – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.