Kriptobirjada “ayı trendi”: "Bitcoin"in qiyməti 68 min dollardan aşağı enib İqtisadiyyat

Kriptobirjada “ayı trendi”: "Bitcoin"in qiyməti 68 min dollardan aşağı enib

Kriptovalyuta bazarında əsas aktivlər üzrə son sutkada azalma qeydə alınıb.

"APA-Economics" CoinMarketCap platformasına istinadən xəbərə verir ki, bazarın ümumi kapitallaşması 0,66% azalaraq 2,34 trilyon dollara enib.

Bazarın ümumi dinamikasını əks etdirən CMC20 indeksi isə sutka ərzində 0,80% geriləyərək 140,21 bənd təşkil edib.

Ən böyük kriptovalyuta olan "Bitcoin"in qiyməti 1,02% azalaraq 67 748 dollar təşkil edib. "Ethereum"un qiyməti isə 0,45% artaraq 1 997 dollar səviyyəsində formalaşıb.

Digər əsas aktivlərdən BNB 1,47% azalaraq 616 dollar, Monero 0,95% azalaraq 333 dollar, Bittensor (TAO) isə 2,78% azalaraq 191 dollar olub.

Qızıl dəstəkli tokenlərdə də geriləmə müşahidə olunub. Belə ki, "PAX Gold"un qiyməti 0,44% azalaraq 4 935 dollar, Tether Gold isə 0,37% azalaraq 4 910 dollar təşkil edib.

Bazarda psixoloji vəziyyəti ölçən Fear & Greed indeksi 12 bənd səviyyəsində qalaraq investorlar arasında qorxu mühitinin gücləndiyini göstərib.

Analitiklər enişi qlobal bazarlarda risk iştahasının zəifləməsi və “ayı trendi”nin güclənməsi ilə əlaqələndirirlər.