Pakistan ordusu: Əfqanıstanın 274 döyüşçüsü öldürülüb - YENİLƏNİB-1
Ağdamda 3-cü yaşayış kompleksində yaxın zamanda tikinti işlərinə başlanılması nəzərdə tutulur
Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb - YENİLƏNİB
Pakistan Əfqanıstanın hər hansı yeni təxribatına sərt cavab verməyə hazırdır
17:15
630
Hazırda onlarla ölkə ilə viza rejiminin sadələşdirilməsi istiqamətində danışıqlar aparılır.
Bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təşkil etdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
Emil Səfərov bildirib ki, birtərəfli vizasız rejimin tətbiqi ilə bağlı layihənin davam etdirilməsi nəzərdə tutulur və yaxın müddətdə yeni ölkələrin də bu siyahıya əlavə olunması üçün işlər aparılır: “Layihənin əsas məqsədi Azərbaycanın dost və strateji tərəfdaş ölkələrlə münasibətlərində vizasız və ya sadələşdirilmiş rejimi tətbiq etmək, miqrasiya riski olmayan turist axınını artırmaq və qarşılıqlı maraqları təmin etməkdir. Onu da qeyd edim ki, pandemiya dövründə tətbiq edilmiş sadələşdirilmiş mexanizm çərçivəsində yalnız konkret beynəlxalq tədbir üzrə 36 mindən çox şəxs ölkəyə səfər edib”.