18:02
602
Azərbaycan qazının Avropaya fasiləsiz çatdırılması üçün müvafiq infrastrukturun qurulması və tərəflər arasında sıx koordinasiya əsas şərtdir.
“APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen Bakıda mətbuat konfransında bildirib.
Komissar qeyd edib ki, qazın qəbulunun təmin edilməsi üçün yerli qurumlar, icmalar və Aİ-yə üzv dövlətlər arasında operativ kommunikasiya və koordinasiya mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, tərəflər bu prosesi daha da asanlaşdırmaq və əməkdaşlığı gücləndirmək imkanlarını müzakirə ediblər.