ABŞ İranda 5 mindən çox hədəfə zərbə endirib Dünya

ABŞ İranda 5 mindən çox hədəfə zərbə endirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranda indiyədək 5 mindən çox hədəfə zərbə endirib.

Tramp bu barədə Florida ştatının Doral şəhərində keçirdiyi mətbuat konfransında danışıb.

“Bu günə qədər biz 5 mindən artıq hədəfi vurmuşuq, onların bəziləri çox böyük obyektlər idi”, – deyə Tramp İrana qarşı aparılan hərbi əməliyyatın gedişini şərh edərkən bildirib.