Britaniyanın sabiq dövlət katibi: Üçüncü Dünya müharibəsi ehtimalı mövcuddur
Çin səfiri vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
FT: ABŞ İranla müharibədə kritik silah-sursat ehtiyatından istifadə edib
“11 mart görüşü Azərbaycan–Aİ münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir”
09:44
679
ABŞ fond bazarlarında Dow Jones sənaye indeksi 1,56% azalaraq 46,677.85 bəndə, S&P 500 indeksi 1,52% azalaraq 6,672.62 bəndə, NYSE Composite indeksi isə 1,64% azalaraq 22,118.7 bəndə düşüb.
"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi 1,78% azalaraq 22,311.98 bəndə enib. Kanadanın S&P/TSX Composite indeksi də 0,84 azalaraq 32,840.6 bəndə qədər azalıb.
Avropada Euro Stoxx 50 indeksi 0,79% azalaraq 5 748,89 bənd səviyyəsində qərarlaşıb. Böyük Britaniyanın əsas indeksi olan FTSE 100 0,47% geriləyərək 10 305,15 bəndə düşüb. Almaniyanın DAX indeksi isə 0,21% azalaraq 23 589,65 bənd təşkil edib. Fransanın CAC 40 indeksi 0,71% azalaraq 7 984,44 bəndə, İspaniyanın IBEX 35 indeksi isə 1,22% 17 139,90 bənd səviyyəsində formalaşıb.
Asiya-Sakit okean regionunda da mənfi dinamika müşahidə olunub. Yaponiyanın Nikkei 225 indeksi 1,38% azalaraq 53 701,26 bəndə düşüb. TOPIX indeksi 0,74% itirərək 3 622,67 bənd təşkil edib. Honq-Konqun Hang Seng Index indeksi 0,48% azalaraq 25 593,25 bəndə enib. Çinin əsas göstəricilərindən biri olan CSI 300 indeksi isə 0,02% azalaraq 4 686,51 bəndə, Avstraliyanın S&P/ASX 200 indeksi isə 0,11% azalaraq 8 619,80 bəndə düşüb.
Analitiklərin fikrincə, qlobal fond bazarlarında müşahidə olunan mənfi dinamika əsasən investorların monetar siyasətlə bağlı qeyri-müəyyənlik fonunda ehtiyatlı mövqe tutması, aparıcı mərkəzi bankların faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacağına dair gözləntilər, həmçinin qlobal iqtisadi artımla bağlı risklərin artması ilə bağlıdır. Bununla yanaşı, texnologiya sektorunda satışların artması və investorların riskli aktivlərdən daha təhlükəsiz alətlərə yönəlməsi də indekslərin enişinə təsir göstərib