Keçən il 308 səyyar vergi yoxlaması başa çatdırılıb, 656,5 mln. manat əlavə vəsait hesablanıb İqtisadiyyat

Keçən il 308 səyyar vergi yoxlaması başa çatdırılıb, 656,5 mln. manat əlavə vəsait hesablanıb

Keçən il ərzində vergi orqanları tərəfindən 394 səyyar vergi yoxlaması açılıb, onlardan 308-i başa çatdırılıb.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Səyyar vergi yoxlamalarının nəticələrinə əsasən ümumilikdə 656,5 mln. manat əlavə vəsait hesablanıb. Başa çatmış yoxlamalar zamanı 303 vergi ödəyicisində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib.

Hesablanmış əlavə vəsaitin 447,3 mln. manatı və ya 68,1%-i əlavə hesablanmış vergilərdən, 209,2 mln. manatı və ya 31,9%-i isə maliyyə sanksiyalarından (faizlər və inzibati cərimələr daxil olmaqla) ibarət olub.

Səyyar vergi yoxlamaları zamanı əlavə hesablanmış vəsaitin 591,4 mln. manatı və ya 90%-i növbəti yoxlamalar, 65,1 mln. manatı və ya 10%-i isə növbədənkənar yoxlamalar üzrə qeydə alınıb.

2025-ci ildə bir yoxlamaya düşən əlavə hesablanmış vəsaitin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 57,9% artıb.