11:24
644
Keçən il kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı aktiv vergi ödəyicilərinin ümumi sayında 8,1% təşkil edib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Bildirilib ki, il ərzində kameral vergi yoxlaması ilə hesablanmış vergilərin 348,8 mln. manatının və ya 36,4%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Hesabata əsasən, hesablanmış vergilərin ümumi məbləğinin 445,4 mln. manatı və ya 46,4%-i ƏDV-nin, 290,9 mln. manatı və ya 30,3%-i mənfəət vergisinin, 84 mln. manatı və ya 8,8%-i gəlir vergisinin, 18 mln. manatı və ya 1,9%-i sadələşdirilmiş verginin, 92 mln. manatı və ya 9,6%-i vahid bəyannamənin, 29,2 mln. manatı və ya 3 %-i isə digər vergilərin payına düşüb.
Kameral vergi yoxlaması üzrə hesablanmış vergilərlə bağlı 2025-ci ildə 9,4 min şikayət daxil olub ki, bu da ümumi kameral yoxlamaların sayının 7,2%-ni təşkil edib.
Həmçinin qeyd olunub ki, 2025-ci ildə daxil olmuş müraciətlər əsasında 111,6 mln. manat məbləğində artıq ödənilmiş vəsait dövlət büdcəsinə qaytarılıb. Bu məbləğin 110,5 mln. manatı vergilər, 424,5 min manatı məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta, 117,4 min manatı icbari tibbi sığorta haqları, 627,9 min manatı dövlət rüsumu, 22,4 min manatı isə maliyyə sanksiyaları üzrə olub.