Azərbaycan alkoqollu içkilərin ixracını azaldıb İqtisadiyyat

Azərbaycan alkoqollu içkilərin ixracını azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 4 781,23 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 48,3% azalıb.

Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,87%-ə bərabər olub.