11:22
448
Məqsədimiz odur ki, mümkün qədər çox birgə layihə həyata keçirək.
Bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Məmnunam ki, Azərbaycana səfərimdə geniş biznes nümayəndə heyəti də iştirak edir. Sabah Slovakiyanın iqtisadiyyat naziri azərbaycanlı həmkarı ilə birlikdə növbəti Azərbaycan–Slovakiya biznes forumunun açılışını edəcək. Ümid edirəm ki, bu forum Slovakiya və Azərbaycan şirkətlərini yenidən bir araya gətirəcək və onlar əməkdaşlıq üçün yeni imkanlar tapacaqlar.
Biz, cənab Prezidentlə birlikdə hesab edirik ki, münasibətlərimiz yalnız birtərəfli ticarət prinsipi üzərində qurulmamalıdır. Məqsədimiz odur ki, mümkün qədər çox birgə layihə həyata keçirək, qarşılıqlı fayda verən sahələrdə birlikdə fəaliyyət göstərək, birgə istehsal təşkil edək, texnologiya transferini genişləndirək və hər iki ölkəyə bərabər fayda gətirən layihələr reallaşdıraq. Əməkdaşlıq yalnız bir tərəfin deyil, hər iki ölkənin maraqlarına xidmət etməlidir”, - Slovakiya Prezidenti qeyd edib.
12:04
182
11:46
420
11:29
413