11:55
490
Bəhreynin Hava Hücumundan Müdafiə (HHM) sistemləri İran ərazisindən atılan bir neçə raket və pilotsuz uçuş aparatını (PUA) vuraraq zərərsizləşdirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.
"HHM sistemləri iyulun 14-ü, çərşənbə axşamı səhər saatlarında İranın bir neçə hava hədəfini müəyyən edərək məhv edib", — deyə qurumun bəyanatında bildirilir. Komandanlıqdan vurğulanıb ki, bütün hərbi bölmələr "krallığın müdafiəsi üçün yüksək döyüş hazırlığı vəziyyətindədir".
Məryəm Quliyeva