Slovakiya Azərbaycanın bölgədə problemlərin diplomatik yollarla həllinə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirir Siyasət

Slovakiya Azərbaycanın bölgədə problemlərin diplomatik yollarla həllinə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirir

Prezident İlham Əliyevin və Azərbaycanın bölgədə mövcud problemlərin diplomatik yollarla həllinə yönəlmiş bütün təşəbbüslərini yüksək qiymətləndirirəm.

Bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

“Slovakiya Respublikası üçün təhlükəsizlik və sülh xüsusi əhəmiyyət daşıyır. Buna görə də Prezident İlham Əliyevin və Azərbaycanın bölgədə mövcud problemlərin diplomatik yollarla həllinə yönəlmiş bütün təşəbbüslərini yüksək qiymətləndirirəm. Bu, istər Rusiya ilə Ukrayna arasında davam edən müharibə, istərsə də Yaxın Şərqdəki mürəkkəb vəziyyət olsun. Slovakiyada inanırıq ki, Avropa ölkələri silahlanmaya və davam edən müharibələrin maliyyələşdirilməsinə yönələn səylərlə yanaşı, diplomatik həll yollarının tapılmasına daha çox diqqət ayırmalıdırlar. Məqsədimiz müharibəni mümkün qədər tez qitəmizdən uzaqlaşdırmaq və yenidən inkişaf potensialı olan bütün regionların tərəqqisinə yönəlməkdir”, - Slovakiya Prezidenti qeyd edib.