11:29
406
Slovakiya və Azərbaycan arasında təhlükəsizlik, müdafiə və müdafiə qabiliyyətinin gücləndirilməsi sahələrində də əməkdaşlığımız inkişaf etməkdədir.
Bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.
“Slovakiya 2027–2028-ci illərdə də Bakıdakı səfirliyi vasitəsilə Azərbaycanla əlaqələr üzrə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirəcək. Həmçinin məmnunam ki, təhlükəsizlik, müdafiə və müdafiə qabiliyyətinin gücləndirilməsi sahələrində də əməkdaşlığımız inkişaf etməkdədir. Mən çox şadam ki, sentyabr ayında Bakıda keçiriləcək böyük müdafiə sənayesi sərgisində Slovakiyanı təmsil edərək qarşılıqlı əməkdaşlığımızın və əldə etdiyimiz razılaşmaların ilk nəticələrini təqdim etmək imkanımız olacaq”, - Slovakiya Prezidenti qeyd edib.
12:04
175
11:46
413
11:24
413