12:14
581
İsveçrə millisinin qapıçısı Yan Zommer karyerasını Belçikada davam etdirəcək.
37 yaşlı qolkiper azad agent kimi “Brügge”yə transfer olunub.
Bu barədə Belçika klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Yan Zommer karyerası ərzində İtaliyanın “İnter” və Almaniyanın “Bavariya” klublarında çıxış edib.