Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir İqtisadiyyat

Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir

Hazırda vətəndaşlar müəssisə ləğv edildikdə, ixtisar olduqda işsizlikdən sığorta ödənişi alırlar. Amma il ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, buna görə işsizlik sığorta ödənişindən istifadə edə bilmirlər.

Nazir bildirib ki, bu gün işsizlikdən sığorta ödənişinin müəyyən edilməsi kriteriyaları çox sərtdir. Buna görə də hazırda onun sadələşdirilməsi üçün iş aparılır.

S.Babayev əlavə edib ki, vətəndaşa əmək müqaviləsinin müddətinin bitdiyi və növbəti 3 ayda iş tapa bilmədiyi halda da işsizlikdən sığorta ödənişlərinin verilməsi təklif edilir.