Əraqçi: İranda iğtişaşlarda ABŞ və İsrailin roluna dair dəlillərimiz var
Ağadadaş Ağayev: Mənimlə bağlı verilən qərarı yüksək dəyərləndirirəm
Cari il ARDNF-yə CQD layihəsi üzrə 400 mln. manatdan çox daxilolma proqnozlaşdırılır
“Hadisələrin zorakılıq müstəvisinə keçməsi vəziyyəti daha ağırlaşdırır”
26 Noyabr 2020 18:04
2 240
İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COMCEC-in 36-cı sessiyasının açılış mərasimində deyib.
Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov xüsusi çıxış edib. İslam dünyasında əməkdaşlığın bariz nümunəsi sayılan COMCEC-in 36-cı sessiyasının işinə uğurlar arzulayan Azərbaycanın iqtisadiyyat naziri işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.