UKMTO: Yəmən sahilləri yaxınlığında silahlı qrup gəmiyə hücum edib
İsrail ilk dəfə BƏƏ-də "Dəmir Günbəz" sistemləri yerləşdirdiyini etiraf etdi
Dünya çempionatı zamanı ABŞ-da 600-dən çox dron müsadirə edilib
Liberman: 10 gündən sonra İsrail ordusunun döyüş sursatı tükənəcək
Konqo Demokratik Respublikasında Eboladan ölənlərin sayı 490-ı keçib
7 Yanvar 2021 13:27
2 100
Ümid edirik ki, bütün marketlərdə tezliklə bioparçalanan materiallardan hazırlanmış torbalar alıcılara təklif olunacaq. Biz hamımız birlikdə bunu etməliyik. Dünyadan təcrid ola bilmərik. Ona görə də bütün tərəflər-istehlakçılar da, istehsalçılar və market sahibləri də bu məsələni anlayışla qarşılamalıdır.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, iri marketlər şəbəkəsinin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə keçirilən onlayn görüşdə Nazirliyin mətbuat katibi İradə İbrahimova qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinin qadağan edilməsi və birdəfəlik plastik qabların istifadəsinin qadağan olunması ilə bağlı çağırış edərkən bildirib.
Onun sözlərinə görə, ətraf mühiti qorumaq üçün hamının bu qaydalara əməl etməsi vacibdir. Əlbəttə bu keçid prosesi həm istehlakçılar, həm də istehsalçılar və market sahibləri üçün bir qədər çətin olacaq:
"Amma qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qabların istifadəsindən imtina günümüzün reallığıdır, planetimizin xilasıdır, deyə bilərik. Özümüzü, ətraf mühiti düşünək, sağlamlığımız xatirinə, təbiətimiz naminə birdəfəlik plastiklərdən, el arasında "pinqvin" adlandırılan sellofanlardan, qalınlığı 15 mikrona qədər olan polietilen torbalardan, eləcə də birdəfəlik plastik qablardan imtina etməyə və bunlarsız həyat tərzimizi qurmağa vərdiş etməyə başlayaq”.
4 İyul 14:58
1 554
4 İyul 13:33
1 498
4 İyul 09:20
2 058
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib