“Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Naxçıvan ciddi eko təhdidlə üz-üzə qalacaq” Siyasət

“Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Naxçıvan ciddi eko təhdidlə üz-üzə qalacaq”

Elman Cəfərli: “Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq”

“Ermənilər 30 illik işğal dönəmində təkcə su resurslarımıza deyil, meşələrimizə qarşı ekoloji terror həyata keçiriblər. Zəngilanda qiymətli çinar meşələri məhv edilir. Kəlbəcərdə, Zəngilanda, Ağdərədə filiz mədənləri barbarcasına talan edilib. 30 il ərzində Zəngilan rayonu ərazisindən keçən Oxuçay çirkləndirilib və bu proses bu gün də davam edir. Çay hövzəsinin flora və faunası məhv edilir. Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb. Maraqlıdır ki, burada ekoloji terror xarici şirkətin yardımı ilə həyata keçirilib”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Təşkilat sədri həmçinin digər suallrımıza da aydınlıq gətirib.
-Elman bəy, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Azərbaycanın ekoloji yönümlü təşkilatları buna etiraz edir. Ekoloqların narahatçılığının səbəbi nədir?
-Sözügedən metallurgiya zavodu ABŞ şirkəti ilə birlikdə tikilir. Tikintiyə 70 milyon dollar yatırılacaq. Erməni mətbuatın yaydığı məlumata əsasən bu, böyük istehsal müəssisəsi olacaq. Zavodun sahəsinin 16 500 kvadratmetr olması nəzərdə tutulur. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq. Zavodu tikən “GTB Steel” şirkəti iddia edib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ancaq bu inandırıcı deyil. Çünki yerli ekofəalllar da buna etiraz edir. Bu müəssisə böyük ehtimalla zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq. Yaranmış durum bizi ciddi şəkildə narahat edir. Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. Ermənistanın da imza atdığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir. Biz narahat edən əsas məsələ odur ki, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib. Sərvətlərimiz barbarcasına talanıb. Torpaqlarımızda zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımzıa axıdılıb.
-Ekoloqlarımız bundan öncə də Ermənistanın Azərbaycanın su resurslarına qarşı barbar münasibətinə etiraz etmişdi...
-Bəli, ermənilər 30 illik işğal dönəmində təkcə su resurslarımıza deyil, meşələrimizə qarşı ekoloji terror həyata keçiriblər. Zəngilanda qiymətli çinar meşələri məhv edilir. Kəlbəcərdə, Zəngilanda, Ağdərədə filiz mədənləri barbarcasına talan edilib. 30 il ərzində Zəngilan rayonu ərazisindən keçən Oxuçay çirkləndirilib və bu proses bu gün də davam edir. Çay hövzəsinin flora və faunası məhv edilir. Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb. Maraqlıdır ki, burada ekoloji terror xarici şirkətin yardımı ilə həyata keçirilib. Bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib. Çay o qədər çirkləndirilib ki, burada ağır metallar normadan artıq səviyyəyə çatıb. Təbii ki, bunun fəsadları da saymaqla bitən deyil. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı çirkləndirir. Hesab edirik ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Bundan öncə Azərbaycan dövlət qurumları, vətəndaş cəmiyyəti institutları Metsamor AES-lə bağlı həyəcan təbili çalmışdılar.
Metsamor AES-in mənfi təsirlərinə məruz qalmaqdan qurtulmadan ikinci bir zərərli müəssisənin – metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq. Həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək.
-Ermənistan transərhəd Araz çayı hövzəində yaratdığı ekoloji fəlakət hansı fəsadları verə bilər?
-Ermənilər buna qədər Araz çayını kifayət qədər çirkləndirilib. Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur. Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. Biz dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Təbiət, su resursları hamınındır. Ermənistandakı ekofəallar da bu məsələyə ciddi etiraz etməli, hökuməti bu ekocinayətə son qoymağa vada etməlidirlər. Amerika hökuməti Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan ABŞ şirkətini məsuliyyətli davranışa dəvət etməli, onun qanunsuzluqlarına göz yummamalıdır. Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Araz çayının çirklənməsi daha da artacaq. Ərtaf mühiti çirklənməsi sürətlənəcək. Çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. İnsanlarda müxtəlif xəstəliklər yayılacaq. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi eko təhdidlə üz-üzə qalacaq. Bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək.
-Ermənistanın ekoloji cinayətinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
- Azərbaycanın müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti institutları beynəlxalq təşkilatlara müraciət ediblər. Azərbaycanın ekoloji yönümlü qeyri-hokumət təşkilatıları ötən ilin dekabrında Xankəndi-Laçın yolunda “Ekoloji ciyayətə son qoyulsun” tələbi ilə etiraz aksiyası keçirdi. Aylarla davam edən aksiya nəhayət müəyyən nəticələrə nail oldu. Doğrudur, hələ Ağdərədnin talan edilıən qızıl mədənlərində aidiyyati dövlət qurumlarımızın monitorinqinə imkan yaradılmayıb. Ancaq Laçın yolu üzərində sərhəd məntəqəsi qoyuldu. Ümid edirik ki, tezliklə Ağdərənin filiz mədənlərində ictimai monitorinq də bizim üçün əlçatan olacaq. Araz çayı ilə bağlı məsələdə də tələblərimiz davam etməlidir. ABŞ dövlətinə müraciət etmişik ki, öz şirkətinin qanunsuz əməllərinə biganə qalmasın. Ermənistanın öz ərazilərind sənaye müəssisələri tikə bilər. Lakin bu, beynəlxalq konvensiyalara uyğun olmalı, ətraf mühiti çirkləndirməməlidir. Araz çayı Azərbaycanın ikinci böyük çayıdır. Araz hövzəsinin zəngin flora və faunası var. Biz təbiətin bizə bəxş etdiyi bu incini qorumalıyıq. İqtisadi maraqlar ətraf mühitin korlanması hesabına təmin edilə bilməz. İndi Ermənistanda bəzi qüvvələr etiraz bəyanatı yayıb ki, azərbaycanlı ekoloqların əsl narahatçılığı Ermənistanın iqtisadi gücünün artmasıdır. Bu, böhtandır. Ermənistan iqtisadi cəhətdən güclənmək istəyirsə, Zəngəzur dəhlizinin naçılamsıa razı olsun. Azərbaycanla daimi sülhə imza atsın. Bölgə dövlətlərinin, o cümlədən Ermənistanın inkişafı yalnız sülhdən və qonşularla dinc yanaşı yaşamaqdan keçir.
Əli