“Qarabağ üzrə də vitse-prezident olması gözləniləndir” Siyasət

“Qarabağ üzrə də vitse-prezident olması gözləniləndir”

Vahid Əhmədov: "Çünki bu mövzu bizim üçün çox önəmlidir, bu sahəyə diqqəti artırmaq lazımdır"

Səməd Seyidov: "Hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək"

Mütəllim Rəhimli: "Güman edirəm ki, bütün sahələrdə dövlət başçısının iradəsinə əsaslanan ciddi islahatlar aparılacaq"

Rufias Qonaqov: "Referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb"

Referendum başa çatsa da əsas müzakirə mövzularından biri hansı islahatların olacağı ilə bağlıdır. Həmçinin ən çox danışılan məsələlərdən biri vitse prezidentlik institudur. Ümumiyyətlə, peferendumdan sonra Azərbaycanın nə qazanacağı daha çox müzakirə olunur.
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, yeni qurum olan vitse-prezidentlik institutunun fəaliyyət mexanizmi hələlik dəqiqləşdirilməyib: "Dövlət qurumlarının, nazirliklərin vitse-prezidentə tabe olacağı ilə bağlı hələlik dəqiq informasiya yoxdur. Hələ o da məlum deyil ki, vitse-prezidentlik institutu hansı məsələlərlə məşğul olacaq. Cəmiyyət arasında müəyyən şərhlər səsləndirilir ki, vitse-prezidentlik institutu ilə paralel Nazirlər Kabineti fəaliyyət göstərəcək və yaxud ləğv olunacaq. Hesab edirəm ki, vitse-prezidentlik institutu Azərbaycanda yeni olduğu üçün, bu qurum oturuşana qədər Nazirlər Kabineti fəaliyyət göstərəcək. Bu, 5 ilə qədər çəkə bilər. Ondan sonra Nazirlər Kabinetinin ləğvi məsələsinə baxıla bilər".
Deputatın sözlərinə görə, vitse-prezidentlik institutu birbaşa ölkə başçısının səlahiyyətindədir: "Bu institut cənab prezidentin müəyyənləşdirdiyi sahələr üzrə fəaliyyət göstərəcək. Ola bilər ki, orada, məsələn, heç iqtisadi sahə olmasın. Amma hesab edirəm ki, iqtisadi sahəyə baxan bir vitse-prezidentin olması çevik qərarların qəbulu baxımından yaxşı nəticələr verə bilər.
Qarabağ üzrə də vitse-prezident olması gözləniləndir. Çünki bu mövzu bizim üçün çox önəmlidir, bu sahəyə diqqəti artırmaq lazımdır. Naxçıvan üzrə vitse-prezidentə müəyyən səlahiyyət verilməsi də gözləntilər sırasındadır. Ancaq bir daha qeyd edim ki, bunlar ehtimallar və gözləntilərdir, son sözü cənab prezident deyəcək".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "hesab edirəm ki, Azərbaycanda referendumdan sonra üç istiqamət üzrə ciddi və çox vacib tədbirlər həyata keçiriləcək",- deyə bildirib. Deputatın sözlərinə görə, həmin üç istiqamətin birincisi dövlətin ümumi idarə olunması, onun gələcəkdə dünyada, regionda təhlükələrə, çağırışlara qarşı dözümlülüyünün və müqavimət gücünün artırılmasıdır: "Bu referendum buna imkan verdi və bu istiqamətdə işlər aparılacaq. Bu, birinci əsas məsələdir. Ona görə ki, ətrafa baxsanız görərsiniz ki, nə dərəcədə çətin proseslər, nə dərəcədə təhlükəli çağırışlar mövcuddur".
S.Seyidov bildirib ki, ikinci əsas məsələ bütün sahələr üzrə islahatların aparılmasıdır: "Dünya və dünya iqtisadiyyatı tələb edir ki, iqtisadi, siyasi, mədəni - bütün sahələri əhatə edən islahatlar həyata keçirilsin. Cənab Prezident dəfələrlə bu islahatlar haqqında danışıb. Dövlət başçısına, onun apardığı islahatlara növbəti etimad bu islahatların, bu dəyişikliklərin həyata keçirilməsinə təkan yaradır".
Komitə sədri qeyd edib ki, üçüncü əsas istiqamət Azərbaycan vətəndaşlarının hüquqlarının ən yüksək səviyyədə müdafiəsi ilə bağlıdır: "İnsan hüquqları ilə bağlı şəxsiyyətin toxunulmazlığı, torpaq mülkiyyəti, yəni Konstitutusiyaya edilən hər bir dəyişiklik Azərbaycan vətəndaşına daha yaxşı şəraitin yaradılmasına imkan verir. Hesab edirəm ki, bu üç istiqamətin hər biri yaxın zamanlarda cənab Prezidentin siyasətində öz əksini tapacaq və bunun canlı şahidi olacağıq".
Azərbaycan dövləti üçün xalqın mövqeyinin ən əsas məsələ olduğunu deyən deputatın sözlərinə görə, bu referendumu birmənalı şəkildə Azərbaycanın gələcəkdə daha güclü olmasına, beynəlxalq təşkilatlarda, beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmasına zəmin yaratmış proses kimi qiymətləndirmək olar: "Yəni bu reallıqdır. Beynəlxalq təşkilatlar da – Avropa Şurası, Avropa İttifaqı, eləcə də ABŞ Dövlət Departamenti, bir sözlə, bütün dünya bu referendumu tanıdı".
Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli "ilk növbədə qeyd edim ki, Azərbaycan cəmiyyətinin ümumxalq səsverməsinin (referendum) keçirilməsinə olan reaksiyası göstərdi ki, ictimaiyyətin böyük əksəriyyəti bu kampaniyanın əleyhinə deyil", - deyə bildirib. Onun sözlərinə görə, biz hətta müxalifətin bəzi düşərgələrinin referendumun nəticələri ilə bağlı açıqlanan rəqəmlərə iradlarını belə gördük: "Bununla belə onların referenduma qarşı müqavimətinə baxmayaraq, xalq əslində bu islahatlar paketini dəstəklədi. Ümumiyyətlə radikal müxalifət Azərbaycan hakimiyyətinin atdığı addımlara qarşı əks təbliğat kampaniyası aparır. Hətta bu əks təbliğat kampaniyası qarayaxma səviyyəsinə qədər gəlib çatır. Güman edirəm ki, Azərbaycanda bundan sonra bütün sahələrdə dövlət başçısının iradəsini əsaslanan ciddi islahatlar aparılacaq. Biz dəfələrlə bəyan edirdik ki, Dağlıq Qarabağ münaqişəsi istiqamətində atılan ciddi addımlar, ölkə iqtisadiyyatı ilə dirçəldilməsinə yönəldilmiş islahatlarla bağlı təşəbbüslər və s. hamısı dövlət başçısının iradəsinə bağlıdır. Təbii ki, biz bunun nəticəsini də yaxın zamanlarda görə biləcəyik".
Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov isə "Konstitusiyaya Prezident İlham Əliyevin təşəbbüsü ilə əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar ölkə üzrə aparılan kampaniyada vətəndaş cəmiyyətinin təmsilçisi olaraq yaxından iştirak etmişik",- deyə vurğulayıb: "Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün ərazilərində vətəndaşlarla görüşüb, konstitusiya islahatlarının əhəmiyyətini izah etmişik. Keçirdiyimiz görüşlər, müşahidələrimiz göstərir ki, Azərbaycan xalqı referendumu birmənalı şəkildə dəstəklədi. Səsvermə günü yüksək seçici fəallığı oldu. Həm Mərkəzi Seçki Komissiyasının, həm "Exit Poll" keçirən təşkilatların, seçkiləri izləyən yerli və xarici müşahidəçilərin məlumatlarına əsaslanaraq səsvermənin şəffaf keçirildiyini sözyləmək olar. Səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi, seçicilərin 90 faizdən çoxunun dəyişiklikləri dəstəkləməsi Prezidentin irəli sürdüyü təşəbbüsün Azərbaycan xalqının iradəsini əks etdirdiyini, xalqımızın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını göstərir. Biz seçicilərlə görüşdə konstitusiya islahatlarının əsas məğzini, dəyişiklik olunacaq detalları onların diqqətinə çatdıra bildik. Düşünürəm ki, referendum seçki kampaniyası zamanı bizim zəhmətimiz nəticəsiz qalmadı, məqsədimizə nail ola bildik. Aparılan geniş kampaniya nəticəsində əhali sentyabrın 26-da səsvermə məntəqələrinə gələrkən Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin mahiyyəti barədə artıq bilgili idi. İnsanlar bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün nə qədər əhəmiyyət kəsb etdiyini bilirdilər. Xalq həmin gün sosial-iqtisadi inkişafın davamlılığına, siyasi və inzibati sistemin təkmilləşməsinə, müstəqqilliyin, təhlükəsizliyin daha da möhkəmlənməsinə səs verdi".
O bildib ki, bu barədə hakimiyyət nümayəndələri açıq danışıblar və xalqa kifayət qədər dolğun məlumatlar veriblər: "Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Cənab Əli Həsənovun qeyd etdiyi kimi, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə "İslahatlar ili" elan edib. Post-neft dövrünə hazırlaşan Azərbaycan operativ, çevik islahatlar həyata keçirməkdədir. Bu istiqamətdə bütün imkanlardan, həm inzibati, həm iqtisadi, həm də insan resurslarından istifadə olunur. Biz yaxın gələcəkdə ciddi islahatların və onun müsbət nəticələrinin şahidi olacağıq. Referendum siyasi sistemdə və idarəetmə praktikasında əhəmiyyətli dəyişikliklər yaradacaq.
Ən əsası və xalqın əsas istəyi olan ictimai-siyasi sabitlik, əmin-amanlıq bundan sonra daha da güclənəcək. Dünyada baş verən hərbi, siyasi kataklizmlər fonunda Azərbaycandakı əmin-amanlığın olması və gələcəkdə də onun qorunub saxlanılması çox böyük əhəmiyyət kəsb edir. İnsanlar sabitliyin qorunub saxlanılacağına və islahatların aparılacağına əmin olduqları üçün seçkilərdə fəal iştirak etdilər. Referendum ölkəmizdə həyata keçirilməkdə olan islahatların anonsu olmaqla yanaşı, dəyişikliklər üçün hüquqi baza və siyasi alət idi.
Hesab edirəm ki, Azərbaycanda həyata keçiriləcək islahatların kökündə iqtisadi məsələlər duracaq. Yeni iqtisadi modelin yaranması, Azərbaycanın böyük iqtisadi potensialından səmərəli istifadə üçün artıq ilkin addımlar atılıb".
Onun fikrincə, referenduma reaksiyalar əsasən müsbət notlar üzərində köklənmişdi: "Prezidentin təşəbbüsü ilə irəli sürülən, xalq tərəfindən dəstəklənən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən normal qarşılandı. 26 sentyabrda xalqımızın dövlət quruculuğu, demokratiya yolunda çox mühüm addım atdığını beynəlxaq qurumlar etiraf ediblər.ABŞ Dövlət Departamenti Azərbaycandakı referendumun təhükəsizlik sahəsində hər hansı insident olmadan keçdiyini və konstitusiya islahatlarının dövlətimizin daxili işi olduğunu bəyan edib. Yuxarlda qeyd etdiyim ki, xarici müşahidəçilər də seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan edib. Azərbaycandakı siyasi partiyalar da, əsasən referenduma dəstəklərini ifadə ediblər. Referendumöncəsi siyasi partiyalara aksiyalar keçirməyə hər cür şərait yaradıldı. Amma göründüyü ki, radikial müxalifətin mitinqləri olduqca sönük keçdi. Çünki xalq konstitusiya dəyişikliklərinin vacibliyini anlayaraq islahat tərəfdarı olduğunu qətiləşdirmişdi. Hakimiyyət tərəfindən irəli sürülən istənilən təşəbbüsə etiraz etməyə alışıb. Bəzən etirazlar, müzakirələr konstitusiyaya edilən dəyişikliklər, mahiyyət üzrə deyil, tamam başqa problemlər üzrə aparılırdı. Əlbəttə, bütün bunlar təəssüf doğurur. Mən 26 sentyabrda keçirilən referendumu Azərbaycanda demokratiyanın təntənəli qələbəsi hesab edirəm".

Əli