“Aİ-nin təsiri sülh prosesini sürətləndirir”
4 Dekabr 22:53
4 Dekabr 22:53
4 Dekabr 22:51
14 Noyabr 16:46
2 513
"Ermənistanın son 30 illik siyasi tarixində bəzi qüvvələr ölkənin maraqlarını deyil, xarici dövlətlərin maraqlarını ön plana çıxarıblar. İstər Köçəryan, istərsə də Sarkisyan olsun, onlar bir-birini təkrarlayan və əvvəlki asılılıq modelini davam etdirən siyasətçilərdir. Bu qüvvələr Ermənistanın müstəqil siyasət yürütməsini əngəlləyiblər".
Bu sözləri millət vəkili Fazil Mustafa Xalqcebhesi.az-a açıqlamasında deyib.
O bildirib ki, Nikol Paşinyanın bu yöndəki cəsarətli addımları erməni cəmiyyətində dəstək tapır: “Ermənistanın gələcəyi yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Paşinyan bu istiqamətdə addımlar atdı və görünür, cəmiyyətdə də ona dəstək var. Bu proses Ermənistan cəmiyyətinin xilası üçün yeganə yol ola bilər. Paşinyan mübarizəsini açıq aparacaq və əsas tezisi cəmiyyətə çatdıracaq.bu qüvvələr xarici ölkələrin pultu ilə idarə olunur və Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərmirlər".
Günel Elxan
4 Dekabr 21:51
1 022
4 Dekabr 21:03
952
4 Dekabr 19:36
987