15:57
854
ABŞ qəfildən İranı Hörmüz boğazında neft tankerini ələ keçirməkdə ittiham edib.
Xalqcebhesi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun adının açıqlanmayan sözçüsü məlumat verib.
ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hadisə gəmi BƏƏ-də olarkən baş verib. Daha sonra, Xor Fakkandan 20 dəniz mili uzaqlıqda olarkən, İran Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirildiyi iddia edilir. Bu səbəbdən Sinqapura üzməli olan gəmi Yaxın Şərq dövləti sahillərinə üz tutmaq məcburiyyətində qalıb.
Eyni zamanda, Columbia Shipmanagement-ə sahib olan şirkət gəmi ilə əlaqəni həqiqətən itirdiyini bildirir. ABŞ da öz növbəsində baş verənləri beynəlxalq hüququn pozulması adlandırır. Lakin İran hələlik ittihamlara münasibət bildirməyib.
Məryəm Quliyeva