16:57
581
Bunu Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan XalqCebhesi.az-a açıqlaması zamanı deyib.
Onun fikirlərinə görə, Polşanın xarici işlər nazirinin son bəyanatı həm də təbliğat xarakteri daşısa da, müəyyən mənada Ukraynadakı vəziyyətlə bağlı reallıqları əks etdirir: "Nazir vurğulayıb ki, Rusiya uzun müddət müharibəni davam etdirə bilməyəcək. Bunun səbəbləri arasında Rusiyanın canlı qüvvə təminatı üçün Şimali Koreyadan, hərbi-texnika baxımından isə Çindən, İrandan və digər ölkələrdən yardım istəməsi göstərilir. Rusiya daxilində müharibə aparan qüvvələrin hakimiyyətdə təsirinin zəifləməsi də Putinin Ukraynada müharibəni davam etdirməsini çətinləşdirir. Digər tərəfdən, ABŞ tərəfindən Rusiyaya tətbiq olunan neft-qaz sanksiyaları da iqtisadi tənəzzülə səbəb olacaq. Bütün bu amillər Rusiyanın Ukraynadakı müharibəni 3 ildən artıq davam etdirə bilməyəcəyini göstərir və beynəlxalq müşahidələr bunu təsdiqləyir".
Günel Elxan