Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
14 Oktyabr 2024 12:52
2 639
Son yayılan məlumatlarda İsrailin Yaxın Şərq müharibəsində hədəfə götürdüyü əsas altı liderlərin adları verilib.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.
İranın ali dini rəhbəri Əli Xamneyi, İranın "Əl-Qüds" korpusunun komandanı İsmayıl Qəəni, "Həmas" lideri Yəhya Sinvar, "Hizbulla" ın yeni seçilmiş lideri Haşim Seyfəddin, İraq şiələrinin lideri Əli Sistani
və Yəmən Husilərinin lideri Əbdülməlik Əl-Husi bu altı nəfərdən ibarət siyahıya daxildir:
"Bir neçə gün əvvəl, İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb.
Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib və İordan çayının o biri tərəfinə qədər uzanacaq “Böyük İsrail”i təsvir edən xərtiə təqdim edib.
Xəritəyə Fələstin, Livan, Suriya, İraq, İordaniya və Misir torpaqıarı daxildir. Türkiyə prezidenti cənab Ərdoğan isə İsrailin Türkiyəyə qarşı da planların olduğunu bildirib. Ancaq, İsrail Türkiyə qarşı İsrailin heç bir planının olmadığını rəsmi şəkildə elan edib.
Qənaətimə görə İsrailin Türkiyə qarşı heç bir planları yoxdur. Əvvəla, hərbi baxımdan, İsrail Türkiyə ilə savaşdan məhv ola biləcəyinin fərqindədir. Digər tərəfdən Türkiyə NATO-nun üzvüdür və İsrail əsas müttəfiqi ABŞ İsrailə Türkiyə arasında açıq müharibənin baş tutmasına imkan verməz. O ki, qaldı İsrailin planları və əməliyyatlarına, müharibə davam etdiriləcək.
Ermənistan baş naziri Paşinyanın Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya veriləcəyi haqqında açıqlaması, əlbəttə ki, qlobal dünya bölgüsünün bir parçası və əlaqəli proseslər kimi, böyük gücləri Yaxın Şərqdə müharibənin davamına maraqlı edir, çünki dava orta koridora kimin nəzarət məsələsidir. O ki qaldı, Türkiyə prezidenti cənab Ərdoğanın səsləndirdiyi İsrailin Türkiyə planlarına, heç şübhəsiz ki, Türkiyə hər varianta hazır olduğunu göstərərək, həm də islam aləminin birliyinin vacibliyinə işarə edir".
Cavid
12 Dekabr 17:54
1 757
12 Dekabr 16:38
1 071
12 Dekabr 16:30
1 029