İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Yanvar 2025 11:10
2 674
"2020-ci ilədək bir çox dünya dövlətlərinin Azərbaycana qarşı normal münasibətləri var idi, lakin ölkəniz ərazi bütövlüyünü bərpa etdikdən sonra vəziyyət dəyişdi. 1994-2020-ci illərdə fəaliyyət göstərən Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir iş görmədi".
APA-nın məlumatına görə, bu sözləri Fransanın "Côte d'Azur" Universitetinin ictimai hüquq üzrə professoru Kristian Vallar "Fransa və Ermənistan-Azərbaycan Münaqişəsi" adlı beynəlxalq konfransda söyləyib.
O, vurğulayıb ki, 5 il bundan əvvələdək ölkələrimiz arasında əlaqələr normal səviyyədə inkişaf edib:
"Fransa əvvəllər, yəni 2020-ci ilədək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və suverenliyinin tərəfdarı olub. 2020-ci ilədək Fransa və Azərbaycan arasında normal münasibətlər mövcud olub. Mənim Fransanın ölkənizdəki səfirləri ilə söhbətlərim olub. Onlar həmişə deyirdilər ki, Fransa və Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yaxşı inkişaf edib. Lakin bayaq da qeyd etdiyim kimi, ərazi bütövlüyünün təmin edilməsindən sonra rəsmi Paris Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başlayıb".
25 Mart 17:31
1 288
25 Mart 15:12
1 358
25 Mart 15:01
1 281