İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 Fevral 2025 11:46
2 401
Prezident İlham Əliyev Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
Biz Azərbaycan-Qambiya dostluq əlaqələrinə böyük önəm veririk. Bu gün həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın uğurla inkişaf etməsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Qambiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309