İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
25 Fevral 2025 19:47
2 170
Fevralın 25-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev təmsil edib.
Millət vəkili çıxışı zamanı Milli Məclis tərəfindən enerji sahəsinin qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq məqsədyönlü işlərin aparıldığından danışıb, ölkədə keçirilən mühüm tədbirlərdən bəhs edib.
Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “İqtisadi fəaliyyətdə təmiz enerji haqqında” model qanun layihəsi müzakirə edilərək təsdiq edilib.
Sonda komissiyanın növbəti iclasının gündəliyi, mövzusu və tarixi müəyyənləşdirilib.
25 Mart 17:31
1 302
25 Mart 15:12
1 379
25 Mart 15:01
1 295