İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
13 Mart 2025 11:44
2 926
Qlobal iqtisadi inkişafla müqayisədə İKT-nin inkişafı inanılmazdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan bildirib.
Ticarətin inkişafı sahəsində səylərinə görə Azərbaycan Prezidentinə təşəkkür edən Rebeka Qrinspan deyib ki, rəqəmsal eranı hər yerdə görmək olar: “Çoxqütblülük seçim deyil, faktdır. Geosiyasət və milli təhlükəsizlik bir çox ölkələrdə bir-birini tamamlayır. Ölkələr tariflərin 95 faizini milli təhlükəsizliklə əlaqədar qəbul etdiklərini açıqlayıblar. Ümumdünya Ticarət Təşkilatı isə ölkələri tarifləri aradan qaldırmağa çağırıb”.
BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi qeyd edib ki, bərpa olunan enerjinin çəkisi ümumi elektrik enerjisində 80 faizə çatdırılmasa, iqlim böhranı qalacaq.
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309