İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Aprel 2025 08:32
2 639
Ümumrusiya Yəhudi Konqresinin vitse-prezidenti, Beynəlxalq STMEGİ Fondunun prezidenti German Zaxaryayev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib:
"Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə, Beynəlxalq STMEGİ xeyriyyə Fondunun və Rusiyadakı Azərbaycanlı Yəhudi icması və Konqresinin adından səmimi qəlbdən təbrik edirəm.
Əziz həmvətənlər. Bu müqəddəs ayda tutduğunuz oruclarınızın, səmimi hisslərlə etdiyiniz dualarınızın Allah tərəfindən qəbul edilməsini diləyirik. Arzu edirik ki, Azərbaycan xalqı daim sülh, firəvanlıq, əmin-amanlıq, bolluq və bərəkət içərisində yaşasın. Ramazan bayramı özü ilə bərabərində Azərbaycan xalqına bolluq, bərəkət, xeyir və uğur gətirsin. Bu ayın hörmətinə bütün dünyada sülhün və əmin-amanlığın bərqərar olmasını diləyirik. Xoş arzularımızı doğma Azərbaycan xalqına çatdırır, Azərbaycana əmin-amanlıq arzu edirik. Allah doğma Azərbaycanı qorusun. Ramazan bayramınız mübarək olsun".
Cavid
25 Mart 17:31
1 309
25 Mart 15:12
1 386
25 Mart 15:01
1 309