Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb Siyasət

Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıb.