NATO Baş katibi: Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir, indiyədək ağzından faydalı bir söz çıxmayıb Dünya

NATO Baş katibi: Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir, indiyədək ağzından faydalı bir söz çıxmayıb

NATO-nun baş katibi Mark Rütte Rusiya xarici işlər naziri Sergey Lavrovun alyansın mümkün dağılması ilə bağlı son şərhlərinə münasibət bildirib.

APA xəbər verir ki, bu barədə Rütte "Fox News" telekanalına müsahibəsində danışıb.

“Lavrov – o, İsa Məsihin doğulduğu zamandan bəri Rusiya xarici işlər naziridir, yox? Və o vaxtdan bəri onun ağzından faydalı heç nə eşitməmişik. Ona görə də gəlin cənab Lavrova artıq diqqət yetirməyək”, – Rütte deyib.

Rüttenin bu fikirlərinə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da cavab verib:

“Sergey Lavrov NATO-nun baş katibini İsa Məsihi xatırlamağa vadar edirsə, deməli, bu qədər illəri boş yerə işləməyib”.