Yaponiyada 11 gündə 911 zəlzələ Dünya

Yaponiyada 11 gündə 911 zəlzələ

Yaponiyanın cənub-qərbində yerləşən Tokara adalarında son 11 gün ərzində müxtəlif güclü 911 zəlzələ qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Kaqoşima prefekturasına aid bu ada qrupu 21 iyun–2 iyul tarixləri arasında ardıcıl yeraltı təkanlarla sarsılıb.

Statistikaya əsasən:

1 və daha yuxarı bal gücündə – 610 zəlzələ

2 və daha yuxarı bal gücündə – 220 zəlzələ

3 və daha yuxarı bal gücündə – 60 zəlzələ

4 və daha yuxarı bal gücündə – 18 zəlzələ

5 və daha yuxarı bal gücündə isə 3 zəlzələ qeydə alınıb.

Zəlzələlərin ən güclüsü 5.6 bal olub.

Rəsmi Kyodo agentliyi bölgədə baş verən bu zəlzələ dalğası nəticəsində ölən, yaralanan və ya maddi zərər barədə hər hansı bir məlumatın verilmədiyini bildirib.

Məryəm Quliyeva