Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb Hadisə

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əziz Abbasov barəsində qərar çıxarıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə Ə. Abbasov barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.