Nazir müavini Azərbaycanın BMT Təhlükəsizlik Şurasında islahatları dəstəklədiyini açıqlayıb Siyasət

Nazir müavini Azərbaycanın BMT Təhlükəsizlik Şurasında islahatları dəstəklədiyini açıqlayıb

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasında islahatları dəstəklədiyini açıqlayıb.

APA xəbər verir ki, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə Yalçın Rəfiyev deyib ki, dünyada beynəlxalq sülh və təhlükəsizliyin təmininə məhsul qurum olaraq BMT Təhlükəsizlik Şurası daxilində ədalətli təmsilçilik təmin olunmalıdır.

Nazir müavini bildirib ki, BMT daxilində hazırda gedən islahatlarla bağlı danışıqlarda Qlobal Cənub xüsusilə güclü mövqeyə malikdir: “Məsələn, Afrika dövlətləri BMT Təhlükəsizlik Şurasında iki daimi üzv yeri uğrunda mübarizə aparır, belə bir kəskin mövqe səsləndirir. Hətta bununla bağlı Prezident İlham Əliyev də çıxışının birində BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün daimi üzv yerlərinin təmin olunması məsələlərini qaldırmışdı. Bunların hər biri dünyada xüsusilə də beynəlxalq sülh və təhlükəsizliyin təmininə məhsul qurum olaraq BMT Təhlükəsizlik Şurası daxilindəki ədalətli təmsilçiliyi təmin edə biləcək addımlardır”.